"Uçan holland" "yerə enəcək" -6 ay sonra
Hazırda "Feyenoord"un heyətində çıxış edən və cari mövsümün sonunda futbolu buraxacağını açıqlayan Robin Van Persi, karyerasının son zamanları haqqında danışıb.
Sportfm.az xəbər verir ki, 35 yaşlı hücumçu, futbolçu karyerasını bitirəcəyi üçün kədərləndiyini deyib:
"17 ildir peşəkar futbolçuyam və mövsümün sonunda hamısı bir anda bitmiş olacaq. Bunun üçün bir az kədərlənirəm, amma qərarımı çoxdan verdim. Bir çox insan futbolu buraxdıqdan sonra nə edəcəyini bilmir. Futbolçu olaraq zamanım bitir, 6 ay sonra yoxam. Artıq özüm-özümün ağam olacam. "Fənərbaxça"da itirdiyim işimi "Feyenoord"da yenidən qazandım. Hollandiya Futbol Federasiyası ilə növbəti planımız haqqında danışdıq, amma dəqiq qərar vermədik".
Oxşar xəbərlər
Robin van Persi “Feyenoord”da - RƏSMİ
Millinin forvardı məşqçi olacaq - FOTO
Məşhur futbolçu şərhçi oldu
""Barselona”nın baş məşqçisi ola bilmərəm” - Xavi
"Uçan holland" karyerasını bitirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası