reklam
Sportfm.az xəbər saytı

"Çelsi"ni "Uembli"də məğlub etdilər -İngiltərə Kubokunda


İngiltərənin "Tottenhem" klubunun futbolçuları ölkə Kubokunun 1/2 finalının ilk oyununda "Çelsi"yə qalib gəliblər.

Sportfm.az xəbər verir ki, oyun minimal hesablı üstünlüklə başa çatıb. Matç "Uembli" stadionunda baş tutub. Oyunda yeganə qolu 26-cı dəqiqədə penaltidən Harri Keyn vurub.

Komandalar arasında ikinci oyun yanvarın 22-də "Stemford Bric" stadionunda keçiriləcək.

Qeyd edək ki, "Tottenhem" İngiltərə Kubokunu dörd (1971, 1973, 1999, 2008), "Çelsi" isə beş (1965, 1998, 2005, 2007, 2015) dəfə qazanıb.

Oxşar xəbərlər

London derbisində "Tottenhem" güclü oldu
İngilislər Almaniyada sevindi - Çempionlar Liqası
“Mançester Siti” ilk kubokunu qazandı
İkinci liqa təmsilçisi MY-nu udaraq, yarımfinala çıxdı - Sensasiya
London derbisində “Çelsi” qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər