reklam
Sportfm.az xəbər saytı

"İnter" azarkeşləri "istəyinə çatdı" -Klub cəzalandı


İtaliya A Seriyasının 18-ci turunda “İnter” - "Napoli" matçında (1:0) meydan sahiblərinin azarkeşlərinin qonaqların müdafiəçisi Kalidu Kulibaliyə qarşı irqçi şüarlar səsləndirməsi Milan klubunun cəzalanmasına səbəb olub.

Sportfm.az xəbər verir ki, İtaliya Futbol Federasiyasının İntizam Komitəsi "İnter"ə iki matçlıq azarkeşsiz oynama cəzası verib. Üçüncü qarşılaşmada isə irqçi şüarların səsləndirildiyi tribunada azarkeş yer almayacaq. Bundan əlavə, qarşılaşmada qırmızı vərəqə alan "Napoli"nin futbolçuları - Kalidu Kulibali və Lorenso İnsinye iki matçlıq cəzalanıblar.

Qeyd edək ki, "İnter" son 5 ildə 3-cü dəfədir ki, irqçiliyə görə cəzalanır. 

Oxşar xəbərlər

Bu gün derbi var - "Milan" - "İnter"
Maradona ortaya çıxdı və həmrəy olduğunu bildirdi
İrqçilik etdilər, komandalarına cəza verildi - FOTO
"Napoli" Kulibalinin qiymətini açıqladı
"İnter" İkardini və Perişiçi itirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər