reklam
Karikari istədiyini aldı -
Sportfm.az xəbər saytı

Karikari istədiyini aldı -"Neftçi" təzminat ödəyəcək


"Neftçi"yə böyük ümidlərlə gətirilən Kvame Karikari etimadları doğrultmadı. 

Sportfm.az xəbər verir ki, zəif performans göstərən hücumçunu bu səbəbdən "ağ-qaralar" göndərmək niyyətindədir. Karikari klubda şans istəsə də, bu arzunun reallaşmayacağı və planlarda olmadığı onun nəzərinə çatdırılıb. Müqavilənin xitam edilməsiylə bağlı danışıqlar müsbət yekunlaşıb və qanalı forvard paytaxt klubundan ayrılmağa razılaşıb. 26 yaşlı futbolçu müəyyən qədər təzminat alacaq. 

Qeyd edək ki, "Neftçi"dən öncə "Əl Ərəbi”də (Qətər) oynayan Kvame Karikari Qananın "İnternational Ellies”, İsveçin AİK, "Deqerfors”, "Halmstad”, Türkiyənin "Balıkesirspor”, Norveçin "Hauqesund”, Ukraynanın "Stal”, Qətərin "Əl Marhiya” və Qananın gənclərdən ibarət milli komandasında çıxış edib.(sportal.az)

Oxşar xəbərlər

"Neftçi"nin sabiq hücumçusu Misir klubunda - 3 illik müqavilə
"Neftçi"yə lazım olmadı, birinci diviziona yollandı - İcarə əsasında
"Neftçi"nin futbolçusu Albaniya klubunda
Karikari təzminat istəyir?
"Neftçi"dən növbəti transfer - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər