Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Karateçilərimiz İstanbulda 8 medal qazandılar
Azərbaycan karateçiləri Dünya Karate Federasiyasının (WKF) nüfuzlu Karate 1 Premyer liqa turninirin İstanbul mərhələsindən 8 medalla dönürlər. Sportfm.az xəbər verir ki, mükafatların ikisi gümüş, altısı isə bürüncdür. İdmançılarımızdan Turqut Həsənovla (-84 kq) Orxan Heydərli (+84 kq) ikinci yeri tutub. Fəridə Əliyeva (+68 kq), Firdovsi Fərzəliyev (-60 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı və Əli Cəfərov (hər iksi +84 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Milli komandanın digər üzvlərindən Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq), Roman Heydərov (kata), Tural Ələkbərli (-60 kq), Tural Ağalarzadə (-67 kq) təsəlliverici görüşlər mərhələsinin son çıxışlarında qələbəni əldən verərək bürünc medal imkanlarını qaçırıblar.
Bu nəticə ilə Azərbaycan karateçiləri 17 medal qazana bilən ölkə idmançıları arasında 7-ci pilləni tutublar. Ümumiyyətlə İstanbul Premyer Liqasında 54 dövlətdən 483 karateçi iştirak edib.
Milli komandamızı 24-25 sentyabr tarixlərində Almaniyanın Hamburq şəhərində daha bir mötəbər Premyer liqa turniri gözləyir. Bu yarışlar oktyabrın axırında Avstriyada dünya çempionatına hazırlıq xüsusiyyəti də daşıyır.
Oxşar xəbərlər
İdmançılarımız Madriddə mübarizəyə başlayır
İdmançılarımız Premyer Liqa turnirində iştirak edəcəklər
Karate 1 Premyer Liqa seriyasına start verildi
Karateçilərimiz Premyer Liqada çıxış edəcəklər
Karateçilərimiz medal qazana biləcəklərmi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası