• 23:15 Bazar ertəsi
    1 Mart 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Qışda "Keşlə"dən ayrılacağımla bağlı xəbər eşitdim" - Vaqif Cavadov

“Keşlə” komandasının futbolçusu Vaqif Cavadov müsahibə verib.

Sportfm.az həmin müsahibəni təqdim edir:

- Dekabrın 20-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qarabağ”ı qəbul edəcəksiniz. Matçla bağlı gözləntiləriniz nədir?

- Bu, bizim üçün car mövsümdə ən önəmli oyundur. Cütün qalibi kuboku qazana bilər. Fikrimcə, əsas namizəd “Keşlə” ilə “Qarabağ”dır. İlk görüşdə 0:1 hesabı ilə udusaq da, hələ heç nə itirilməyib. Bizim də şansımız var. Ona görə də qarşılaşmanın çox gərgin olacağı gözlənilir. Yaxşı nəticə ilə yarımfinala adlayacağımızı düşünürəm.

- Ayın əvvəlində Premyer Liqada “Qarabağ”a 1:5 hesabı ilə məğlub olduğunuz üçün Azərbaycan Kubokunda da oxşar nəticənin qeydə alınacağı proqnozlaşdırılırdı. Minimal hesabla yenilməyinizi nəyə bağlayırsınız?

- Hansı hesabla uduzsan da, həmişə meydana qələbə üçün çıxırsan. Həmin qarşılaşmada hesabın böyük alınması öz səhvlərimizin nəticəsi idi. Əlbəttə, “Qarabağ”ın da gücü, səviyyəsi bizi səhv buraxmağa məcbur edir. Bunu etiraf etmək lazımdır. Amma bizim də qüsurlarımız az deyildi. Əsas məsələ odur ki, səhvlərimizi başa düşdük, düzgün analiz aparıb kubokda fərqli çıxış etdik.

- Yarımfinala vəsiqə şansınız neçə faizdir?

- Komandamızın qalib gəlməsini istəyirəm. Hər şey futbolçularımızın bu matça necə hazırlaşmalarından və yanaşmalarından asılıdır. Bizim üçün yaxşı olacağını düşünürəm.

- İlk oyunda qeydə alınmış nəticə “Qarabağ” üçün böyük üstünlük deyil?

- Xeyr, belə deməzdim. Çünki biz də vura bilərik, vuracağıq da. Hər şey başqa cür ola bilər. Qalibin əlavə vaxtda müəyyənləşməsi də istisna deyil.

- Karyeranızdakı qısa fasilədən sonra bu il yenidən futbola qayıtdınız və ötən mövsüm Azərbaycan Kubokunun qalib oldunuz. 2018-ci ili şəxsi planda necə qiymətləndirirsiniz?

- Bu il mənim üçün hər şey çox yaxşı oldu. Bir övladım vardı, ikincisi dünyaya gəldi. Düz qeyd etdiniz: Qısa fasilədən sonra “Keşlə”yə gəldim. Qışdan sonra çempionatda uğurlu çıxış etdik, Azərbaycan Kubokunun qalibi olduq. Bu uğurda mənim də payım olduğu üçün sevinirəm. Təəssüf ki, yayda baş məşqçi dəyişikliyindən sonra cari mövsümə yaxşı başlamadıq. Mladen Milinkoviçin yanaşması bir az fərqli idi, məni oynatmadı. Amma bu, mənim zəif olmağım demək deyildi, özünün seçimi idi.

- Lakin Tərlan Əhmədovun baş məşqçi postuna gəlişindən sonra da az oyun vaxtı alırsınız. Məgər hazırda yaxşı formada deyilsiniz?

- Xeyr, hər şey qaydasındadır. Yenə deyirəm, bu, məşqçi seçimidir, hər kəsin öz yanaşması var. Ötən mövsüm daim oynayırdım, indi də eyni şeyləri etməyə hazıram.

- Ehtiyatda qalmağınız qış fasiləsində klubunuzu dəyişməklə nəticələnə bilərmi?

- “Keşlə” ilə mövsümün sonuna qədər müqaviləm var. Komandanı yarı yolda qoymaq istəmirəm. Ümumiyyətlə, bu barədə düşünmürəm. Qışda klubdan ayrılacağımla bağlı xəbər eşitdim. Amma belə bir şey yoxdur. Heç yerə getmirəm. Sabah necə olacağını kimsə deyə bilməz.

скачать dle 10.4 UTF-8Forex для начинающих

19-12-2018
277
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
7-09-2020
""Neftçi" "Qalatasaray"ı keçə bilər, amma sürpriz gözləmirəm" - Ümit Karan
3-03-2020
“Bir qram da vicdan əzabı çəkmirik” -
“Bir qram da vicdan əzabı çəkmirik” - Təmkin Xəlilzadə
25-02-2020
"Əsas məqsədim Avropaya getməkdir" - Ramil Şeydayev
30-09-2019
"Mən ona sübut edəcəyəm ki, milli komandaya layiqəm" - Ruslan Qurbanov
6-04-2019
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "O ailəni burda qura bilmədim"
16-12-2018
Mirabdulla Abbasov:
Mirabdulla Abbasov: "Azarkeşlərin yoxluğu qlobal problem deyil"
19-11-2018
"Hər şeyə sonda baxarıq” - Tərlan Əhmədov
29-05-2018
Stiven Monroz:
Stiven Monroz: "Bütün komanda şokdadı"
26-05-2018
"Oyunçular arasında qələbə ab-havası var" - Tərlan Quliyev
22-05-2018
"Qəbələ"nin futbolçusu: "Başqa komandalardan mənə təkliflər var"
11-04-2018
"Kim fərqlənir-fərqlənsin, təki uğur qazanaq" - Amil Yunanov
8-04-2018
"Çempionluğu əldən vermişik, ikinci yerə oynayırıq" - Cavid Hüseynov
29-03-2018
"Belarusla görüşdə məğlubiyyətə layiq deyildik" - Şəhriyar Rəhimov
15-12-2017
"Səbail"in legioneri:"Azərbaycanda oynamaq başqa yol idi"
9-12-2017
“Napoli” Ramil Şeydayevi istəyir ?
“Napoli” Ramil Şeydayevi istəyir ?
  Xəbər Lenti
“Turan Tovuz” 2-0 “Kəpəz” - VİDEO 1.03.2021, 21:26
Qərb derbisində "Turan Tovuz" qələbə qazandı - I Divizion 1.03.2021, 21:22
Azərbaycan çempionu baş məşqçi oldu - Həvəskar komandada 1.03.2021, 20:19
AMADA AQTA ilə iclas keçirdi - Videokonfrans 1.03.2021, 18:46
“Qarabağ” – “Qəbələ” matçının təyinatları - Azərbaycan Premyer Liqası 1.03.2021, 18:04
"Qarabağ" və "Neftçi"dən biri 100 faiz çempion olacaq - Ramin Musayev 1.03.2021, 17:58
Portuqaliya - Azərbaycan matçının yeri dəyişdiriləcək - Koronavirusa görə 1.03.2021, 16:25
AFFA Nuriyevi Bakıya gətirdi - Milli üçün 1.03.2021, 15:45
Sevgilisi onu tərk etdi - FOTO 1.03.2021, 15:23
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 15 30
2 Qarabağ 15 29
3 Zirə  15 24
4 Sumqayıt   15 22
5 Qəbələ 15 18
6 Sabah 15 14
7 Səbail 15 13
8 Keşlə 15 13
Ətraflı
14-02-2021
TopazAZ
TopazAZ
14-02-2021
I divizion
I divizion
21-02-2021
"İnter" "Milan"ı məğlub etdi
2-02-2021
Qran-prinin vaxtı açıqlandı
Qran-prinin vaxtı açıqlandı
13-02-2021
"Bu, Samir Abasovun görmək istədiyi "Neftçi" deyil" - VİDEO
2-02-2021
19-cu turun ən yaxşı qolları -
19-cu turun ən yaxşı qolları - VİDEO
2-02-2021
İki idman növü proqrama daxil edildi -
İki idman növü proqrama daxil edildi - III Avropa Oyunları
2-02-2021
"Günah Səlahəti qapıya qoyandadır" - Samir Abasov
4-02-2021
"Olimpiadanın keçiriləcəyinə 100 faiz əminəm" - Vitse-prezident açıqladı
4-02-2021
Millimiz 5-ci pilləyə yüksəldi -
Millimiz 5-ci pilləyə yüksəldi - UEFA reytinqi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 12 28
2 Neftçi-2 13 27
3 Sabah-2 12 23
4 Zaqatala 12 22
5 Qarabağ-2 12 19
6 Kəpəz 12 16
7 Keşlə-2 13 11
8 Qaradağ Lökbatan 12 9
9 Sumqayıt-2  12 9
10 MOİK 12 6
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb