Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ"nin rəqibi bəlli oldu
Təlim-məşq toplanışı keçirmək üçün Ukraynaya yollanan "Qəbələ” hazırlıqlarını davam etdirir. Sportfm.az klubun saytına istinadən yaydığı xəbərə görə, avqustun 31-dən hazırlıqlarını Odessada gerçəkləşdirən "qırmızı-qaralar” gündə iki dəfə olmaqla məşq edir. Yığmaların düşərgəsində olan futbolçular – Nika Kvekveskiri, Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov, Teo Uiks, Sergey Zenyov, Elvin Camalov və Sadiq Quliyev hazırlıqlarda iştirak etmir.
"Qəbələ”nin yeni transferi xorvatiyalı Petar Franyiç artıq 3 gündür məşqlərə qatılıb. "Qırmızı-qaralar” hazırlıq çərçivəsində baş tutacaq yeganə yoxlama oyununa sabah çıxacaq. Roman Qriqorçukun komandası Moldovanın "Dinamo-Avto” klubu ilə görüşəcək. 2009-cu ildə yaradılan bu komanda 2015-2016-cı illər mövsümündə Moldova çempionatının 5-cisi olub. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, "Qəbələ”nin Ukraynadakı təlim-məşq toplanışı sentyabrın 7-dək davam edəcək.
Oxşar xəbərlər
"Qəbələ" Hollandiya klubu ilə qarşılaşacaq
"Qəbələ" üçün daha üç rəqib
"Qəbələ"nin üç rəqibi müəyyənləşdi
Qəbələdə 8 qol
"Qəbələ" Ukraynaya yollanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Üç boksçumuz 1/4, dördü 1/2 finala yüksəldi - Avropa çempionatı
-
Ayxan Abbasov U-16 millisinin üzvləri ilə görüşdü
-
"Sabah" - "Borussiya" 1:2 - VİDEO
-
Cüdoçular qran-pri turnirində iştirak edəcək
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
PSJ “Barselona”ya qalib gəldi, “Fənərbaxça” “Slaviya” ilə bərabərə qaldı - Çempionlar Liqası















Misli Premyer Liqası