İcraiyyə Komitəsinin qərarları açıqlandı
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələr nəzərə alınaraq və “Qarabağ” klubunda fəaliyyəti üçün daha çox vaxt ayırmasına imkan yaradılması məqsədilə millinin baş məşqçisi Qurban Qurbanovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin. İcraiyyə Komitəsi milli komandada fəaliyyətinə görə Qurban Qurbanova təşəkkür edib.
2. Aşağı yaş qruplarından ibarət yığma komadaların son 1 il ərzində nəticələri qeyri-qənaətbəxş sayıldığı üçün və müvafiq fəaliyyət strategiyası AFFA-ya təqdim olunmadığına görə U-21, U-18, U-17, U-16 və U-15 yığmalarının baş məşqçiləri ilə müqaviləyə xitam verilsin.
3. Lisenziya iddiaçısı olan klublar “Maliyyə məlumatları”nda “Xərclər”lə bağlı uşaq futboluna il ərzində çəkilmiş xərci açıqlamalı, digər bütün xərclər isə “Digər xərclər” kimi göstərilməlidir. “Gəlirlər”lə bağlı isə il ərzində müxtəlif mənbələrdən daxil olan vəsaitlər barədə məlumat təqdim olunmalıdır.
4. Hakimlər Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunsun:
Hakimlər komitəsinin sədri
Fritz Ştuxlik
Üzvlər
Vüsal Əliyev
Ömər Paşayev
Anar Salmanov
Elçin Məmmədov
Departament rəhbəri
Cavid Cəlilov
Əməkdaşlar
Akif Əmirəli
Ceyhun Haşımov
Əliyar Ağayev
Orxan Məmmədov
Şahin Cəfərov
Fitnes məşqçi
Namiq Quliyev
5. Yaşar Vahabzadə və Şahin Diniyev Məşqçilər Komitəsinin üzvü təyin olunsun.
Oxşar xəbərlər
İcraiyyə Komitəsinin qərarları - De Byazi ilə müqavilənin müddəti uzadıldı
İcraiyyə Komitəsinin qərarları - FOTO
"Milliyə əcnəbi rəhbərlik etməlidir" - Vaqif Sadıqov
AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlandı
Stuxlik kimə məruzə edəcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin açıq məşqi təşkil olundu - FIFA U-15 dünya çempionatı
-
FİFA referimizə UEFA-dan təyinat
-
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib – yarım milyondan çox mənimsəmə
-
MOİK-dən inamlı qələbə - I Liqa
-
Sergen Yalçın üçün imza mərasimi keçirildi
-
MOİK 3–1 “Karvan-Yevlax” - VİDEO















Misli Premyer Liqası