Azərbaycanlı məşqçilər "Altınordu"da
“Sumqayıt” Futbol Akademiyasının məşqçiləri təcrübə keçmək məqsədi ilə dekabrın 7-də Türkiyəyə yola düşəcək.
Sportfm.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məşqçilər 7, 8, 9, 10 dekabr tarixlərində qonşu ölkənin əsas futbol akademiyalarından hesab olunan İzmirin “Altınordu” klubunun düşərgəsində olacaq. Səfərin təşkilində əsas məqsəd məşqçilərin təcrübə toplaması, adıçəkilən akademiyanın ümumi iş sistemi ilə tanışılıq, aşağı yaş komandalarındakı struktur, nəzəri və taktiki biliklərin artırılmasından ibarət olacaq.
Mütəxəssislər Türkiyədə olduğu müddətdə "Altınordu" klubunun akademiya direktoru ilə görüşəcək, aşağı yaş qruplarının məşqlərini və oyunlarını izləyəcək.
Oxşar xəbərlər
“Sumqayıt”ın məşqçisi Almaniya klubunda - FOTO
Türkiyəli mütəxəssis "Qəbələ"dən getdi - 12 ildən sonra
Azərbaycanlı məşqçi "Altınordu"da - FOTOLAR
“Sumqayıt”ın məşqçiləri “Altınordu”nun düşərgəsində - FOTOLAR
Azərbaycanlı məşqçi "Samdoriya"da
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası