Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Mauqli” rinqlə vidalaşacaq
“Mauqli” ləqəbli azərbaycanlı kikboksçu Zabit Səmədov şok açıqlama verib.
Sportfm.az xəbər verir ki, o, karyerasını başa vuracağını deyib.
Səmədov bu barədə Belarusun paytaxtı Minskdə Rusiya Federasiyasının Çeçenistan Respublikasının "Axmat" klubunun təşkil etdiyi turnirin mərkəzi görüşündən sonra Belarus mediasına verdiyi açıqlamada deyib.
“Azərbaycanda öz klubumu yaratmaq və brendimi inkişaf etdirmək fikrindəyəm. Artıq döyüşlərdə klubumun döyüşçüləri məni təmsil edəcəklər. Son 1 və ya 2 döyüşdən sonra rinqlə vidalaşacam” – “Mauqli” bildirib.
Qeyd edək ki, sözügedən döyüşdə Səmədov rusiyalı Yevgeni Orlov ilə üz-üzə gəlib və nokauta göndərib.
Oxşar xəbərlər
Zabit Səmədov karyerasını bitirdi
“Mauqli”nin rəqibi azərbaycanlı iş adamının mühafizəçisidir
Zabit Səmədov nokautla qalib gəldi
Zabit Səmədov növbəti görüşünü keçirəcək
Zabit Səmədov növbəti qələbəsini qazandı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası