reklam
Sambo Beynəlxalq Olimpiya Komitəsi tərəfindən müvəqqəti tanındı
Sportfm.az xəbər saytı

Sambo Beynəlxalq Olimpiya Komitəsi tərəfindən müvəqqəti tanındı


Sambo idman növü Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən müvəqqəti olaraq tanınıb. Bu barədə TASS agentliyinə Beynəlxalq Sambo Federasiyasında (FIAS) məlumat verilib.

Sportfm.az xəbər verir ki, bu qərar BOK-un İcraiyyə Komitəsinin Tokioda keçirilən iclasında qəbul olunub. FIAS-ın prezidenti Vasili Şestakov bununla bağlı deyib: “Bu gün dünyanın bütün samboçularının arzusu yerinə yetib – sambo idman növü kimi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən müvəqqəti olaraq tanınıb”.

BOK-un bu addımı sambonun gələcəkdə Olimpiya proqramına daxil edilməsi, həmçinin FIAS-ın BOK tərəfindən hər il maliyyə vəsaiti almasına imkan verəcək. FIAS Olimpiya ailəsinə daxil olmaqla bağlı niyyətini ilk dəfə 2009-cu ildə elan edib.

Oxşar xəbərlər

Dünya çempionatı Daşkənddə keçiriləcək - Sambo üzrə
Dünya çempionatı azarkeşsiz keçiriləcək - Sambo üzrə
Samboçumuz dünya çempionatında bürünc medal qazandı
Sambo üzrə dünya çempionatının keçiriləcəyi şəhər müəyyənləşdi
Baş məşqçi Abdullayev Qazaxıstana yollanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər