reklam
Avropa Liqasının finalında VAR sistemi tətbiq olunacaq
Sportfm.az xəbər saytı

Avropa Liqasının finalında VAR sistemi tətbiq olunacaq


UEFA bu mövsüm avrokubok matçlarında videotəkrar sistemini (VAR) tətbiq etmək istəyir. 

Sportfm.az xəbər verir ki, dekabrın 3-də keçiriləcək qurumun Təşkilat Komitəsinin iclasında Çempionlar Liqasının 1/8 final mərhələsindən etibarən VAR sisteminin tətbiq edilməsi qərarının qəbulu gözlənilir. 

Bundan əlavə, VAR sistemi iyun ayında keçiriləcək Millət Liqasının final turnirində də sınaqdan keçiriləcək. 

Bu sistemin UEFA Avropa Liqasında isə növbəti mövsümdən etibarən tətbiq olunması nəzərdə tutulur. Qurum yalnız bu mövsüm Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalında VAR sistemindən istifadə edə bilər. 

Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da baş tutacaq. 

Oxşar xəbərlər

Bakıda VAR sistemindən istifadə olunacaq
Videotəkrar sistemi daha bir ölkədə tətbiq olunacaq
UEFA Bakıda keçiriləcək finalda VAR sistemindən istifadə edəcək
VAR sistemi Çempionlar Liqasında tətbiq ediləcək
Çempionlar Liqasında VAR sistemi tətbiq olunacaqmı? - Günün sualı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər