İki güləşçimiz dünya çempionatının yarımfinalında
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı sona yaxınlaşır.
Sportfm.az xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə yığmamızın son 4 üzvü xalça üzərinə çıxıb.
Ruslan Qasımov təsnifat mərhələsində özbək həmkarına çətinliklə də olsa, qalib gəlib. Ancaq 1/8 finalda Çin idmançısıyla bacarmayıb.
İsmayıl Abdullayev əvvəlcə qırğız rəqibini məğlub edib. Ancaq yerli güləşçiylə görüşdə hesab 2:2 olarkən zədələnən Abdullayev yarışdan çəkilmək məcburiyyətində qalıb.
Murad Süleymanov mundiala erməni güləşçisi üzərindəki qələbəylə başlayıb. Murad daha sonra gücünü belaruslu pəhləvana göstərib və yarımfinala yüksəlib.
Şamil Zubairov debütdə erməni güləşçiyə heç bir şans verməyib. Yığmamızın üzvü növbəti mərhələdə Qazaxıstan təmsilçisi qarşısında da çətinlik çəkməyib. Şamil Hindistan idmançısını da yenərək adını yarımfinala yazdırıb.
Qeyd edək ki, yarımfinal görüşləri axşam seansında keçiriləcək.
61 kq
1/8 final - Ruslan Qasımov - Minqu Liu (CHN) 2:6
Təsnifat - Ruslan Qasımov - Firdavs Yaraşev (UZB) 3:2
74 kq
1/4 final - İsmayıl Abdullayev - Maksim Vasilioqlo (ROU) -:+
1/8 final - İsmayıl Abdullayev - Bekzan Dambulov (KGZ) 6:3
86 kq
1/2 final - Murad Süleymanov -
1/4 final - Murad Süleymanov - Raman Çitadze (BLR) 3:1
1/8 final - Murad Süleymanov - Hovannes Mxitaryan (ARM) 10:7
92 kq
1/2 final - Şamil Zubairov
1/4 final - Şamil Zubairov - Sunil Kumar (İND) 10:4
1/8 final - Şamil Zubairov - İlişkan Çilayev (KAZ) 10:0
Təsnifat - Şamil Zubairov - Sarqis Hovsepyan (ARM) 11:4
Görüşləri aşağıdakı linkdən izləmək mümkündür:
Oxşar xəbərlər
Dörd güləşçimiz yarımfinalda - Avropa çempionatı
Şərif Şərifov Avropa Çempionatında qızıl medal qazandı
Güləşçimiz ermənini məğlub edərək dünya çempionu oldu - FOTO
Azərbaycan güləşçisi DÇ-də “gümüş” qazandı
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası