UEFA Millətlər Liqasında V turun növbəti oyunları keçiriləcək
Bu gün UEFA Millətlər Liqasında V turun növbəti matçları keçiriləcək.
Sportfm.az xəbər verir ki, turun ikinci oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunacaq. A Liqasında Hollandiya Fransaya qalib gələ bilməsə, 1-ci qrupda liderlik şanslarını itirəcək.
B Liqasında baş məşqçi dəyişikliyinə məruz qalan Slovakiya artıq 1-ci qrupun liderliyini təmin etmiş Ukrayna ilə görüşdə ilk xal uğrunda mübarizə aparacaq.
C Liqasında 3-cü qrupa başçılıq edən hər iki komanda səfərdə çıxış edəcək. "Qarabağ"ın futbolçusu Simeon Slavçevin çıxış etdiyi Bolqarıstan yığması Kiprin, Norveç isə Sloveniyanın qonağı olacaq.
Nəhayət D Liqasında Makedoniyaya 4-cü qrupun qalibi olması üçün Lixtenşteyni məğlub etməsi lazımdır. Bu istək Cəbəllütariqin Yerevanda məğlub etdiyi Ermənistanla görüşdə xal itirəcəyi təqdirdə də gerçəkləşə bilər.
UEFA Millətlər Liqası, V tur
16 noyabr
A Liqası
1-ci qrup
Hollandiya - Fransa
Xal durumu: Fransa - 7 xal (3 oyuna), Hollandiya - 3 (2), Almaniya - 1 (3)
B Liqası
1-ci qrup
Slovakiya - Ukrayna
Xal durumu: Ukrayna - 9 xal (3 oyuna), Çexiya - 3 (3), Slovakiya - 0 (2)
4-cü qrup
Uels - Danimarka
Xal durumu: Uels - 6 xal (3 oyuna), Danimarka - 4 (2), İrlandiya - 1 (3)
C Liqası
3-cü qrup
Kipr - Bolqarıstan
Sloveniya - Norveç
Xal durumu: Norveç - 9 xal (4 oyuna), Bolqarıstan - 9 (4), Kipr - 4 (4), Sloveniya - 1 (4)
D Liqası
4-cü qrup
Cəbəllütariq - Ermənistan
Lixtenşteyn - Makedoniya
Xal durumu: Makedoniya - 9 xal (4 oyuna), Cəbəllütariq - 6 (4), Ermənistan - 6 (4), Lixtenşteyn - 3 (4).
Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Oxşar xəbərlər
Türkiyə Rusiyanı, Belçika İngiltərəni qəbul edəcək - Millətlər Liqası
Türkiyə Rusiyaya, Fransa Portuqaliyaya qarşı - UEFA Millətlər Liqası
UEFA Millətlər Liqasında VI turun oyunları keçiriləcək
UEFA Millətlər Liqasında II turun oyunları start götürəcək
Millətlər Liqasında ikinci turun matçları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası