reklam
Fatih Terim meydançaya buraxılmayacaq
Sportfm.az xəbər saytı

Fatih Terim meydançaya buraxılmayacaq


“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılacağı dəqiqləşib.

Sportfm.az xəbər verir ki, Türkiyə Superliqasının son turunda “Fənərbaxça” ilə oyundan (2:2) sonra baş hakim Fırat Aydınusu təhqir edən çalışdırıcı Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) cəlb olunub.

İntizam təlimatına görə, Terimi 3-7 oyunluq cəza gözləyir. Bu isə o deməkdir ki, 65 yaşlı mütəxəssis Superliqanın 14-cü turunda “Beşiktaş”la keçiriləcək derbi matçında komandanın yanında olmayacaq.

Qeyd edək ki, F. Terimin “Fənərbaxça” ilə oyundan sonra görüşün baş hakimi Fırat Aydınusun üzünə tüpürdüyü iddia olunur.

Oxşar xəbərlər

Fatih Terimə ağır cəza - 5 oyunluq cəza
Əzəli rəqibini məğlub edib tarixə düşdü - Seriyalar qırıldı
Fatih Terim yenə cəzalandırıldı
Hasan Şaşa ağır cəza
Fatih Terim 3 xalla başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər