İdmançımız beynəlxalq turnirdə bürünc medal qazandı -FOTO
Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə "B" kateqoriyalı "Satellite" turnirinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, sablya üzrə qadınlardan ibarət yığma komandamızın üzvü Səbinə Kərimova turnirin bürünc medalını qazanıb.
Qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qələbə qazanan Səbinə uğurlu çıxışın davamını pley-offda da gətirib. 1/8 finalda digər təmsilçimiz Aysel Əhədovaya qalib gələn Kərimova 1/4 finalda Türkiyə idmançısı Aylin Çakırı 15:10 hesabı ilə məğlub edib. Yarımfinala yüksəlməklə turnirin bürünc medalını təmin edən sablyaçımız finalın bir addımlığında polşalı Marta Pudaya uduzub.
Digər təmsilçilərimizdən turnirin 1/4 finalına kimi irəliləyən Sevil Bünyatova yarışı 5-ci sırada tamamlayıb. Mübarizəni 1/8 finalda dayandıran Sevinc Bünyatova da ilk 10-luqda yer almağı bacarıb.
6 ölkədən 27 sablyaçının yarışdığı turnirdə Aysel Əhədova 14-cü, Nərminə Cəfərova isə 21-ci sırada qərarlaşıb.
Oxşar xəbərlər
İdmançımız Avropa çempionu oldu - UĞUR
İdmançımızdan tarixi uğur - Bürünc medal
Dünya kubokunun mərhələ yarışına yekun vuruldu
Azərbaycanlı gənc Tehranda medal qazandı - FOTO
Qılıncoynadanlarımız beynəlxalq turnirdə güclərini sınadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası