reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"dən 14 cavabsız qol gəldi


“Qəbələ” akademiyasının komandaları AFFA-nın aşağı yaş qrupları arasında keçirdiyi liqalarda növbəti oyunlarını keçirib. 

Sportfm.az xəbər verir ki, Gənclər Liqasında “Sabah”ın qonağı olan U-19 altı cavabsız qolla qalib gəlib. U-16 və U-15 da son turu səfər qələbəsi ilə başa vurub. Sonuncular “Zirə”ni 2:0, 16 yaşadək futbolçular isə “Sumqayıt”ı 4:2 hesabı ilə yenib.

Paytaxt zonasında mübarizə aparan U-13 “Səbail”lə matçdan xalsız ayrılıb - 0:3. U-12 Liqasının Şimal-Qərb regionunun Qəbələdə keçirilən oyunlarında bu şəhərin iki komandası üz-üzə gəlib. UGİM “Qəbələ”nin qapısından 4 top keçirən “Qəbələ” 3 xal qazanıb. Eyni zonada mübarizə aparan U-10 komandalarının ikisi də 3 xal əldə edib. UGİM “Qəbələ” UGİM-ə (Ağdaş) 3:2 hesabı ilə qalib gəlib. “Qəbələ” isə UGİM-ə (İsmayıllı) 14 cavabsız qol vurub.

Oxşar xəbərlər

"Qəbələ"dən 5 cavabsız qol
"İsgəndər Cavadov"u Qəbələdə "möhkəm vurdular"
"Qəbələ" "qış çempionu" oldu
U-17-dən 9 cavabsız qol
"Qəbələ" 17 oyundan 16-da qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər