Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bolta 2 illik müqavilə təklifi gəldi
Maltanın “Valletta” futbol klubu sabiq sprinter Useyn Bolta 2 illik müqavilə təklif edib.
Sportfm.az xəbər verir ki, bu barədə klubun baş direktoru Qasston Slimen ESPN telekanalına bildirib. Onun sözlərinə görə, “Valletta” 32 yaşlı idmançının keçidini dekabrın 13-də “Baltsan”la nəzərdə tutulan Malta Super Kuboku uğrunda oyuna qədər həll etməyi planlaşdırır.
Qeyd edək ki, atletika üzrə 8 qat olimpiya çempionu olan Useyn Bolt bu ilin avqustunda Avstraliyanın “Sentral Kost Mariners” klubunda debüt edib və 4 gün öncə yoldaşlıq matçında futbolçu karyerasında ilk qollarını vurub. O, hələ hazırkı klubu ilə peşəkar müqavilə bağlamayıb.
Oxşar xəbərlər
Bolt Maradonanın komandasında çıxış edəcək
Bolt Avstraliya klubundan ayrıldı - Verilən maaş onu qane etmədi
Bolt imtina etdi
Bolt peşəkar futbolçu karyerasında ilk qollarını vurdu - VİDEO
Useyn Bolt ilk məşqinə çıxdı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası