"Qarabağ" "Arsenal"a məğlub oldu
Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilir.
Sportfm.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən "Qarabağ" Bakıda İngiltərə nəhəngi "Arsenal"ı qəbul edib. Oyun qonaqların 3-0 hesablı qələbəsiylə yekunlaşıb.
Qrupun digər matçında "Sportinq" Ukraynada "Vorskla"nın qonağı olub və 2-1 hesablı qələbəyə sevinib.
Qrupa 6 xalla "Arsenal" başçılıq edir. Eyni xala malik olan "Sportinq" 2-cidir. "Vorskla" və "Qarabağ"ın aktivində xal yoxdur.
4 oktyabr
Avropa Liqası, E qrupu
20:55 "Qarabağ" (Azərbaycan) - "Arsenal" (İngiltərə) - 0:3
Qollar: Sokratis Papastatopulos, 4, Emil Smit-Rou, 53, Matteo Gündüzi, 80
Yan xətt hakimləri: Filippo Meli, Alessandro Kostanzo
Dördüncü hakim: Fabiano Preti
Əlavə köməkçi hakimlər: Daniele Doveri, Mixael Fabbri
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
UEFA nümayəndəsi: İstvan Huşzar (Macarıstan)
Bakı. Bakı Olimpiya Stadionu.
Oxşar xəbərlər
"Sportinq" "Arsenal"a məğlub oldu - VİDEO
Ukraynalılar "Qarabağ"a belə qalib gəldi - VİDEO
"Vorskla" Bakıda nə edəcək? YENILƏNİR
“Qarabağ” İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq
"Qarabağ" - "Arsenal" oyununun hakimləri açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin