reklam
Samarada Ramilin
Sportfm.az xəbər saytı

Samarada Ramilin "alın yazısı" davam edir


Milli komandamızın üzvü Ramil Şeydayev formasını geyindiyi “Krılya Sovetov”da yenə ehtiyatda qalıb.

Sportfm.az xəbər verir ki, 22 yaşlı hücumçu komandasının Rusiya Premyer Liqasının 9-cu turunun "Rubin"lə (Kazan) səfər matçını da kənardan izləyib. Futbolçumuzun adı görüşün iştirak ərizəsinə salınsa da, Samara klubunun baş məşqçisi Andrey Tixinov ona oynamaq şansı verməyib.

Qarşılaşma "Rubin"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. 9 turdan sonra 7 xal toplayan “Krılya Sovetov” 15-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Ramil bundan əvvəlki 4 ölkə çempionat oyununda da ehtiyatda qalıb. Gənc hücumçu bu komandanın heyətində cəmi 1 oyun keçirib.

Oxşar xəbərlər

11 turdan sonra 11 xalla 11-ci pillə - Şeydayev yenə ehtiyatda qaldı
Yeni baş məşqçi gəldi, Şeydayev...
Şeydayev yenə ehtiyatda qaldı
Şeydayev yenə "Krılya Sovetov"a lazım olmadı
Ramil Şeydayev Rusiyadada öz "ampluasındadı"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər