“Qarabağ” – “Arsenal” oyununa otuz min bilet satıldı
Avropa Liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına satılan biletlərin sayı açıqlanıb.
Sportfm.az xəbər verir ki, artıq 30 min bilet sahibini tapıb. Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 2, 3, 5 və 10 manat arasında dəyişir. VIP biletlər isə alıcılara 50 manata təklif olunur.
Biletlərin “qara bazar”a çıxarılmasının qarşısının alınması üçün onları ilkin mərhələdə iki satış məntəqəsindən - “Qarabağ” futbol klubunun fan-mağazalarından və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, həmçinin “iticket.az” saytından əldə etmək mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Ətraflı məlumatla iticket.az saytından tanış olmaq mümkündür.
Qeyd edək ki, “Qarabağ” - ”Arsenal” oyunu oktyabrın 4-də Bakı vaxtı ilə saat 20:55-də keçiriləcək.
Oxşar xəbərlər
"Qarabağ" - APOEL matçına 25 min bilet satıldı
"Qarabağ" - "Arsenal" oyununa 10 min bilet satıldı
"Qarabağ" - BATE: biletlər satışa çıxarıldı
"Qarabağ" - "Kukesi" matçının biletləri satışa çıxarıldı
"Qarabağ"ın 1 və 50 manatlıq azarkeşləri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası