Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dünya çempionatının 6-cı günündə 88 cüdoçu mübarizə aparacaq
Bu gün Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha iki Azərbaycan idmançısı tatami üzərinə çıxacaq.
Sportfm.az xəbər verir ki, çempionatın altıncı günündə kişi cüdoçular 100, qadınlar isə 78 kiloqram çəki dərəcəsində güclərini sınayırlar. Səksən səkkiz cüdoçunun mübarizə apardığı yarış günündə ölkəmizi "Rio-2016" Yay Olimpiya Oyunlarının gümüş medalçısı Elmar Qasımov və Zelim Kotsoyev təmsil edirlər. Hər iki cüdoçumuzun ilk mərhələdə rəqibi İsveç idmançısı olacaq. Belə ki, E.Qasımov Martin Pacek, Z.Kotsoyev isə Joakim Dvarbi ilə qarşılaşacaq.
Xatırladaq ki, sentyabrın 27-dək davam edəcək turnirdə 125 ölkədən 800-dək cüdoçu mübarizə aparır.
Oxşar xəbərlər
“Böyük dəbilqə”də 15 cüdoçumuz mübarizə aparacaq
Mehdiyev və Kotsoyev bürünc medal qazandı - Avropa çempionatı
Elmar Qasımov 41 saniyəyə ipponla qalib gəldi
Dünya çempionatının beşinci günündə daha iki çəkidə qaliblər müəyyənləşəcək
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası