Portuqaliyalı futbolçu ilə bağlı təcavüz iddiası -Sinəmə toxundu
Portuqaliya millisinin və "Betis"in yarımmüdafiəçisi Vilyam Karvalyo təcavüz iddiaları ilə gündəmə gəlib.
Sportfm.az xəbər verir ki, Mariya adlı bir qadın Lissabonda Karvalyo tərəfindən təcavüzə uğradığını deyib:
"Gecə klublarının birində dostumla rəqs edirdim. Yanıma gəldi, sərt bir şəkildə sinəmə toxundu. Sonra dostum qışqırdı, dava oldu. O, "Mən Vilyam Karvalyoyam" deyirdi. İstər Karvalyo olsun, istərsə də Papa, heç kim belə bir şey edə bilməz".
Portuqaliyalı futbolçunun məsələylə bağlı açıqlaması çox gecikməyib. Eyni qəzetə açıqlama verən 26 yaşlı futbolçu, "Bütün bunlar yalandır. Belə şeylər baş verməyib. Vəkilim məsələylə maraqlanacaq" deyib.
Karvalyo "Betis"ə "Sportinq"dən transfer olunub.
Oxşar xəbərlər
Acun ulduzun izində - Karvalyo gəlir
Dani Alveş saxlanıldı - Təcavüzdə ittiham olunur
Ronaldo ilə bağlı daha bir təcavüz iddiası - Bu dəfə İngiltərədən
"Sporting" London klubundan FİFA-ya şikayət edəcək
Azərbaycanlı futbolçunun oynadığı klubun prezidenti dava saldı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası