reklam
Boatenq İtaliyaya makarona görə getdi
Sportfm.az xəbər saytı

Boatenq İtaliyaya makarona görə getdi


Yay transfer pəncərəsi dövründə İtaliyanın "Sassuolo" klubuna transfer olunan Kevin-Prins Boatenq maraqlı açıqlama verib.

Sportfm.az xəbər verir ki, qanalı futbolçu İtaliyaya getməsində makaronun önəmli rolu olduğunu deyib. Boatenq İtaliya mətbuatına açıqlamasında bunları bildirib:

"İtaliyaya transfer olmağıma səbəb makaron yeməyidir. Burda onu çox gözəl hazırlayırlar. Bir restorana gedib makaron yemişdim və sonra mətbəxə girib aşpazı qucaqladım. Yeməyin bu qədər yaxşı olması normal deyil.

Son 3-4 mövsümdə daha çox çalışıram. Karyeramı düşünəndə, özümə 10 bal üzərindən 7 verirəm. Bəzən bu rəqəm 8-ə də yaxınlaşır".

Boatenq yay transfer pəncərəsinin əvvəlində Frankfurt "Ayntraxt"ından "Sassuolo"ya transfer edilmişdi.

 

Oxşar xəbərlər

"Şahzadə" karyerasını bitirdi
Boatenq azarkeşləri kababa qonaq etdi
Azı 10 oyunda 45 dəqiqə meydanda olsa... Detallar bilindi
"Barselona" 2 milyon avroya transfer etdi
Boatenq rəsmən La Liqa klubunda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər