Ruslan Qurbanov yığmanın düşərgəsindən göndərildi
Bu gün UEFA Millətlər Liqasının II tur matçında üz-üzə gələcək Malta və Azərbaycan yığmalarının iştirak ərizələri açıqlanıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin ilkin heyətindən 2 futbolçu komandanın 23 nəfərlik siyahısına daxil edilməyib. Baş məşqçi Qurban Qurbanov "Sumqayıt"dan dəvət etdiyi müdafiəçi Bəxtiyar Həsənalızadə ilə "Səbail"in hücumçusu Ruslan Qurbanovu kənarda saxlayıb. Əvəzində Millətlər Liqasının ilk turunda Kosovo ilə oyunu buraxan Namik Ələskərov "23-lüy"ə qaytarılıb. Həsənalızadə Kosovo ilə qolsuz heç-heçə ilə başa çatan matçda da iştirak etməyib. Ruslan Qurbanov oyuna start heyətdə başlasa da, 61-ci dəqiqədə Təmkin Xəlilzadə ilə əvəzlənib. Həm Həsənalızadə, həm də Qurbanov ötən gün məşqdə iştirak edib.
Meydan sahiblərinin heyətində isə müdafiəçi Kleyton Faylla, yarımmüdafiəçilər Danstan Vella, Ceyk Qrek və hücumçu Endryu Koenin bugünkü matçda iştirak etməyəcəyi dəqiqləşib. Endryu Koen I turda səfərdə Farer adalarına 1:3 hesabı ilə uduzduqları qarşılaşmada meydanda olub. O, görüşün 84-cü dəqiqəsində yerini Alfred Effionqa verib.
Qeyd edək ki, Ta Qali Milli stadionu təşkil olunacaq qarşılaşma saat 22:45-da başlanacaq. (report)
Oxşar xəbərlər
Rüfət Dadaşov UEFA Millətlər Liqasının oyununa çağırıldı
Malta millimizlə oyun üçün heyətini açıqladı
Malta - Azərbaycan: Start heyətləri
Millimizin Malta ilə oyun üçün iştirak ərizəsi açıqlandı
Malta millisi yığmamızla oyun üçün heyətini açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası