reklam
Sportfm.az xəbər saytı

"Sabah" bu dəfə "Keşlə"yə qol vura bilmədi


Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sabah” və “Keşlə” klubları bu gün daha bir yoxlama görüşünə çıxıblar. 

Sportfm.az xəbər verir ki, sözügedən komandalar Bakı Olimpiya Stadionunun 1-ci meydançasında üz-üzə gəliblər. 

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0. 

Xatırladaq ki, “Keşlə" fasilə müddətində daha öncə "Bayıl Arena"da "Səbail"i 2:1 hesabıyla məğlub etmişdisə, "Sabah" "Əlincə Arena"da "Sumqayıt"a bu hesabla uduzmuşdu.  

“Keşlə” ilə “Sabah” bu mövsüm Premyer Liqada da üz-üzə gəlib. Adıçəkilən komandaların ilk turda "ASK Arena"da görüşü Elşad Əhmədovun yetirmələrinin 1:0 hesablı qələbəsiylə nəticələnmişdi. Bu, "Sabah"ın Premyer Liqamızda debütündə ilk qələbə kimi tarixə düşüb.

Oxşar xəbərlər

“Keşlə” “Sumqayıt”ı məğlub etdi - Yoxlama oyunu
"Keşlə" qalib gəldi - Yoxlama oyunu
“Sabah” “Sumqayıt”ı uddu - Yoxlama oyunu
“Sumqayıt” yenə məğlub oldu - Yoxlama görüşü
“Sabah” - “Keşlə” matçının yeri dəyişdirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər