
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Darko Milaniç: "Roman Qriqorçukun fikri mənə maraqlı deyil"
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ” öz meydanında "Maribor”u qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu gün sloveniyalıların baş məşqçisi Darko Milaniç jurnalistlərin suallarını cavablandırıb:
- Sabahkı oyunda nəyə ümid edirsiniz?
- Məqsədimiz elə nəticə ilə vətənə dönməkdi ki, sonda qruplara vəsiqə qazanaq. Heç olmasa bir qol vursaq, yaxşı olardı. "Qəbələ”ni tanıyırıq.
- "Qəbələ” "Lill”i keçməsəydi, daha çətin səfər oyununda olacaqdınız. Buna görə "Qəbələ”yə təşəkkür düşürmü?
- Belə düşünmürəm. Heç bir klubun özünə rəqib seçmək şansı olmur. Hər bir rəqibə qarşı ideal səviyyədə hazırlaşmaq lazımdı. Çalışıb, qələbə qazanmaq üçün həll yollarını axtarmalıyıq. Əminəm ki, bu işin öhdəsindən gələ bilərik.
- Komandanızın idman direktoru Zlatko Zahoviç "Qəbələ”nin lideri kimi Filip Ozobiçin adını çəkmişdi. Onunla razısınız?
- O, çempionat oyununu izləyib. Həmin matçda bəzi legionerləri izləməyib. Ümumiyyətlə, "Qəbələ”nin heyətində yaxşı oyunçular var. Bizim işimiz rəqib hücumçuların qarşısını almaqdı.
- Zədəli futbolçularınız var?
- Xeyr, bir cəzalımız var.
- Dediniz ki, əsas məqsədimiz "Qəbələ”nin hücumçularını zərərsizləşdirməkdi. Əsas işiniz müdafiədən oynamaq olacaq?
- Xeyr, bu o demək deyil ki, biz müdafiəni düşünəcəyik. Bütün komanda üzərində oyunmuzu cəmləşdirəcəyik. Startegiyamızı müəyyən etməliyik. "Qəbələ” xüsusi şəkildə oynayır, matçın gedişatından asılı olaraq, müəyyən oyun tərzinə üstünlük verəcəyik. Bura ancaq müdafiə olunmağa gəlməmişik. Amma lazım gələrsə, müdafiədən də oynayarıq.
- Qriqorçuk püşkatmadan sonra "Maribor”u yox, daha güclü komandanı rəqib kimi görmək istəyirdi. Onun bu özünəgüvəni sizi qorxutmurdu?
- Xeyr, onun fikri mənə maraqlı deyil.
Oxşar xəbərlər
Roman Qriqorçuk:”Bu bizim komanda üçün əlavə motivasiya yaratmır”
Qurban Qurbanov: "İstəyirik ki, qrup mərhələsini keçək"
Roman Qriqorçuk: "Cavab qarşılaşmasında daha yaxşı oynamalıyıq"
Roman Qriqorçuk: "İstənilən oyuçunun itkisi komanda üçün yaxşı hal deyil"
Robert Prosineçki: "Qəbələ"dən ehtiyatlanmaq lazımdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin