"Sadıqovla Abışovun yerini doldurmaq çətin olacaq" -Bəxtiyar Həsənalızadə
“Qarışıq hisslər keçirirəm. Milliyə ilk dəfə dəvət aldığım üçün həyəcanlıyam. Digər tərəfdən, bu şərəfə layiq görüldüyümə görə fərəhlənirəm”.
Sportfm.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinə ilk dəfə çağırılan “Sumqayıt”ın futbolçusu Bəxtiyar Həsənalızadə deyib.
26 yaşlı mərkəz müdafiəçisi bildirib ki, yığmaya dəvət almaq əsas hədəfi olub. O, etimadı doğrultmağa çalışacağını söyləyib: “Çoxdankı arzum axır ki gerçəkləşdi. Əsas iş bundan sonra başlayır. Böyük məsuliyyət daşıyıram. Çağırıblarsa, etimadı doğrultmaq borcumuzdur. Bunun üçün əlimdən gələni edəcəyəm”.
Rəşad Sadıqovun yığma karyerasını başa vurması, “Neftçi”nin futbolçusu Ruslan Abışovun isə zədəli olması Millətlər Liqası ərəfəsində Azərbaycan yığmasının işini çətinə salıb. Həsənalızadənin fikrincə, bu oyunçuları lazımı şəkildə əvəzləmək çətin olacaq: “Hər ikisi sözlərini demiş futbolçulardır. Onların yerini doldurmaq çətin olacaq. Bu məsuliyyət indi milliyə dəvət alan müdafiəçilərin üzərinə düşür. Bizə güvənirlərsə, qarşılığını verməliyik. Mövqeyimdə başqa futbolçular da var. Bu da bizim inkişafımız üçün rəqabət mühitidir”.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında ilk oyununu sentyabrın 7-də Bakıda Kosovo, sentyabrın 10-da isə səfərdə Maltaya qarşı keçirəcək. (report)
Oxşar xəbərlər
"Vurduğum qol Yurçeviçin mənə qarşı istəyini artırıb" - Cavid Hüseynov
"Azərbaycanla bizə çətin olacaq" - Xorvat məşqçi
"Qurbanov bizim potensialımıza daha yaxşı bələddir" - Slavik Alxasov
"Neftçi"nin futbolçusu: Uzun müddət idi milliyə çağırılmırdım...
"Kəpəz"in futbolçusu Türkiyədə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası