reklam
250-ni arxada qoydu, 50-ni gözləyir
Sportfm.az xəbər saytı

250-ni arxada qoydu, 50-ni gözləyir


Samir Zərgərov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubiley matçı Topaz Premyer Liqasının II turunda baş tutub. Bu yay "Qəbələ”dən "İnter”ə keçən futbolçu 81-ci dəqiqədə meydana çıxmaqla, yubileyini sabiq komandası ilə qarşılaşmada qeyd edib. Yüksək liqada 2004/05 mövsümündə "Ədliyyə”nin heyətində debüt edən Samir 12-ci mövsümündə 250-yə çatıb. O, ölkə çempionatları tarixinə 250 və daha çox oyun keçirən 49-cu futbolçu kimi tarixə düşüb. Zərgərov bu görüşlərdə 32 qol sevinci yaşayıb.

Yarımmüdafiəçi 250 oyunu 6 klubda keçirib. "Qəbələ”də 95, "Ədliyyə”də 30, "Simurq”da 28, "Kəpəz”də 25, "Standard”da 23 matça çıxan Zərgərov "İnter”də 49 qarşılaşmanın iştirakçısı olub. Bu da o deməkdir ki, növbəti tur da onun üçün yubileylə əlamətdar olacaq. O, paytaxt klubunda 50-ci çempionat görüşünə çıxacaq. Samir bu dəfə də sabiq komandalarından biri – "Kəpəz”lə görüşəcək.
 

2004/05

Ədliyyə (Bakı)

30

3

2006/07

Gilan (Qəbələ)

21

1

2007/08

Qəbələ

24

3

2008/09

Qəbələ

24

3

2009/10

Standard (Sumqayıt)

23

3

2010/11

Gəncə

25

4

2011/12

İnter (Bakı)

24

2

2012/13

İnter (Bakı)

19

4

2013/14

İnter (Bakı)

4

1

2014/15

Simurq (Zaqatala)

28

5

2015/16

Qəbələ

26

3

2016/17

İnter (Bakı)

2

0

Cəmi

 

250

32

Oxşar xəbərlər

Topaz Premyer Liqası: 12-ci tur rəqəmlərin gözü ilə
Topaz Premyer Liqası: 11-ci tura tarixi səyahət
Topaz Premyer Liqası: V tur rəqəmlərin gözü ilə
Qələbəyə həsrət "Neftçi" və qol vurmadan meydanı tərk etməyən ağdamlılar
"İnter" – "Qəbələ" matçı rəqəmlərin gözü ilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər