reklam
Azərbaycan UEFA reytinqində irəlilədi
Sportfm.az xəbər saytı

Azərbaycan UEFA reytinqində irəlilədi


Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

Sportfm.az xəbər verir ki, buna “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Belarusda BATE ilə 1:1 hesabı ilə heç-heçə etməsi səbəb olub. Borisovda qeydə alınan bərabərlik sayəsində 0,125 xal qazanan Ağdam klubu ölkənin xal ehtiyatını 18,250-yə çatdırıb.

Nəticədə Azərbaycan İsraili qabaqlayaraq 24-cü pilləyə yüksəlib. Avrokuboklarda qələbəyə görə 0,250, heç-heçə halında isə 0,125 reytinq xalı verilir.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda BATE-yə 0:1 hesabı ilə məğlub olan “Qarabağ” ÇL ilə vidalaşıb. Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq. (report)

Oxşar xəbərlər

Azərbaycan UEFA reytinqində irəlilədi - 1 pillə
Azərbaycan UEFA reytinqində irəlilədi - 25-ci pilləyə yüksəldi
Azərbaycan UEFA reytinqində irəlilədi - "Qarabağ"ın sayəsində
Azərbaycan UEFA-nın reytinqində gerilədi
"Qarabağ" - BATE cütünün Avropa Liqasında potensial rəqibləri bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər