Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Çelsi" forvardını icarəyə verdi
İspaniyanın "Valensiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportfm.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin "Çelsi" klubunun hücumçusu Mişi Batşuayini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belçikalı forvard bir mövsümlük icarəyə götürülüb. 24 yaşlı Konqo əsilli hücumçunun 1 illik icarəsinə görə "Valensiya" London klubuna 4 milyon avro ödəyəcək.
Batşuayi "Çelsi"yə 2016-cı ildə Marsel "Olimpik"indən transfer edilib. O, London təmsilçisində indiyə qədər 53 oyuna çıxıb, 19 qol vurub. Belçikalı futbolçu geridə qalan mövsümün ikinci yarısını isə Dortmund "Borussiya"sında keçirib və 14 oyuna 9 qolla yadda qalıb.
Oxşar xəbərlər
Amin üçün 11 milyon avro - TRANSFER
"Trabzonspor"da braziliyalı futbolçu - Transfer
"Alanyaspor" millinin forvardını transfer etdi
Kurtua "Real"a, Kovaçiç "Çelsi"yə keçdi
"Çelsi" futbolçusunu Fransa klubuna icarəyə verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
“Şahdağ Qusar” “Cəbrayıl”la bərabərə qaldı - I Liqa
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa














Misli Premyer Liqası