reklam
“Keşlə” serbiyalı futbolçu ilə güclənəcək
Sportfm.az xəbər saytı

“Keşlə” serbiyalı futbolçu ilə güclənəcək


“Keşlə” klubu serbiyalı futbolçu Nikola Mitroviçlə müqavilə imzalayacaq.

Sportfm.az xəbər verir ki , 31 yaşlı yarımmüdafiəçi bir illik sözləşməyə imza atacaq. Hazırda baxışda olan Samir Məsimov və Ruslan Nəsirli barədə bu həftə ərzində qərar veriləcəyi gözlənir.

Transfer dönəminin sonuna qədər baş məşqçi Mladen Milinkoviçin istəyi ilə daha bir legioner futbolçunun heyətə cəlb edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Mitroviçin son iş yeri Polşanın “Visla” klubu olub. O, vətənində “Napredak”, “Partizan”, Rusiyanın “Volqa” Macarıstanın “Uypeşt”, “Videoton”, İsrailin “Makkabi” (Təl-Əviv), “Bney Yehuda”, Çinin “Şanxay Şensin” və Kiprin “Anortosis” komandalarının da formasını geyinib.

Oxşar xəbərlər

"Səbail"ə 3 legioner qapıçı təklif olundu
"Keşlə"dən 2 transfer
Mladen Milinkoviç: 55-ci legioner, 4-cü serbiyalı
"Keşlə" serbiyalı futbolçu ilə müqavilə imzaladı
Serbiyalı müdafiəçi "Keşlə"də? - Qərar veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər