UEFA Sənan Qurbanovla Təmkin Xəlilzadəni sərt şəkildə cəzalandırdı
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov və millimizin də üzvü olan futbolçusu Təmkin Xəlilzadə UEFA tərəfindən sərt cəzalandırılıb.
Sportfm.az xəbər verir ki, bu barədə Sport24.az-a əsas komandanın meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Səfiyarlı cəzaların Avropa Liqasının I təsnifat mərhələsində "Proqress"lə cavab oyununda xoşagəlməz olaylarla bağlı olduğunu bildirib: "Təmkin həmin matçda rəqib futbolçuya zərbə endirməsi üzündən birbaşa qırmızı vərəqə aldığına görə daha ağır - 4 oyunluq cəza alıb. Qurbanov isə "texniki zona" qaydalarını pozduğuna görə 2 oyun komandanı meydana çıxara bilməyəcək. Artıq bu cəzalarla bağlı UEFA-dan rəsmi məktub almışıq və apellyasiya verməyimiz nəzərdə tutulmayıb".
Xatırladaq ki, “Qəbələ” Lüksemburqdakı oyunda 1:0 hesabı ilə qalib gəlsə də, evdəki ilk matçda 0:2 hesabıyla uduzduğundan Avroliqada mübarizəni erkən dayandırıb.
Oxşar xəbərlər
"Qəbələ" Sənan Qurbanovla bağlı qərar verdi - klubdan açıqlama
Dəfələrlə intizam qaydalarını pozan Təmkin Xəlilzadə yaşıl meydanlara çıxmayacaq!
"Sabah" "Qəbələ"nin futbolçusunu transfer etdi - Təmkin Bakıya qayıdır
"Qəbələ"dən mənasız qələbə
Təmkin Xəlilzadə «Qəbələ»də - 2017-nin son transferi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası