""Qarabağ"a qalib gəlsək, mükafat olacaq"
"Kukesi" bu oyunda parlamadı, lakin həqiqətən yaxşı müdafiə olunurdu".
Sportfm.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyada “Qarabağ”la ilk matçdakı qolsuz heç-heçədən sonra “Kukesi”nin prezidenti Safet Citsi söyləyib.
O, komandasının oyununda heç bir emosiya olmadığını vurğulayıb: "Komandamız "Qarabağ"ın qapısına zərbə vur bilmədi. "Kukesi" evdə qalib gəlməli idi. Hər şey səfərdə həll olunacaq. Futbolçulara vəd edilən mükafat cavab oyunundakı nəticədən asılıdır. Qalib gəlsək, mükafat olacaq".
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda təşkil olunacaq və saat 21:00-da start götürəcək.
Oxşar xəbərlər
"Qarabağ"ı keçsələr, 150 min avro qazanacaqlar
"Qarabağ" - "Kukesi" matçı canlı yayımda
"Kukesi"nin futbolçusu FİFA-ya şikayət edir!
"Kukesi"nin prezidentindən "Qarabağ"la oyuna mükafat vədi
“Qarabağ” - “Kukesi” oyununa üç günə 5 min bilet satıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası