"Sabah"ın 3-cü heç-heçəsi
Növbəti mövsümə hazırlığı Türkiyənin Bolu şəhərində davam etdirən “Sabah” bu gün daha bir yoxlama oyunu keçirib.
Sportfm.az xəbər verir ki, Premyer Liqamızın debütantı yerli “Sancaktepe Bələdiyyəspor” klubuyla qarşılaşıb. “Vonresort” otelininin meydançasında keçirilən oyunda qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib.
İlk hissə rəqibin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. “Sabah” ikinci hissədə iki dəfə rəqib qapısına yol tapıb. Oyun 2:2 hesablı bərabərliklə nəticələnib. Bakılıların heyətində Elşən Abdullayev və Elgün Nəbiyev fərqlənib.
“Sabah” oyuna aşağıdakı heyətlə çıxıb: Tərlan Əhmədli, Ülvi İbazadə, Elvin Bədəlov, Tərzin Cahangirov, Kərim Diniyev, Vadim Abdullayev, Cavid İmamverdiyev, Tural Qürbətov, Bəxtiyar Soltanov, Novruz Məmmədov, Elvin Həsənəliyev.
Oyuna sonradan daxil olanlar: Vanderson, Erik Ramos, Elşən Abdullayev, Elgün Nəbiyev, Eltun Turabov, Məqsəd İsayev.
Xatırladaq ki, “Sabah” Türkiyə toplanışı çərçivəsində daha öncə keçirdiyi “Girəsunspor” və “Osmanlıspor”la oyunlarda 1:1 hesablı heç-heçə edib.
Oxşar xəbərlər
"Sabah" liderə 4 top vurdu
"Sabah"ın 1 hücumçusu - Komandanın heyəti məlumdur
"Alanyaspor" Azərbaycan klubunu məğlub edə bilmədi
"Sabah"ın legioneri qol vurdu, komanda bərabərliyə sevindi
"Zirə" "Sabah"a qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası