Beynəlxalq tennis çempionatının yarışlarının püşkatma mərasimi keçirildi
İyulun 22-də “Bakı-2018” II beynəlxalq həmrəylik tennis çempionatının texniki iclası və fərdi yarışların püşkatma mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda Albaniya, Azərbaycan, Bəhreyn, Belarus, İraq, Qırğızıstan, Liviya, Maldiv adaları, Mozambik, Rusiya, Səudiyyə Ərəbistanı, Seneqal, Tacikistan, Türkiyə və Uqandadan gələn idmançılar iştirak ediblər.
Texniki iclasın rəhbəri və çempionatın baş hakimi, türkiyəli Ahmet Sert idmançıların qruplara bölünməsi, püşkatma və nəticələrinin paylanması haqqında məlumat verib. Bildirilib ki, çempionatda 18 qız və 23 oğlan yarışacaq.
Qeyd edək ki, cüt yarışların püşkatma mərasiminin iyulun 23-də keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ikinci Beynəlxalq Həmrəylik Tennis Çempionatı iyulun 23-27-də Bakı Tennis Akademiyasında keçiriləcək.
Oxşar xəbərlər
Bakıdakı Beynəlxalq Turnir başa çatdı
İdmançımz beynəlxalq turnirin qalibi oldu - Uğur
Azərbaycan və Liviyanın MOK-ları arasında görüş keçirildi
Bakıda ikinci beynəlxalq həmrəylik tennis çempionatı keçiriləcək
İslam Həmrəylik Oyunlarının keçiriləcəyi yerlər - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası