“Neftçi” azarkeşlərə müraciət etdi
“Neftçi” klubu Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Macarıstanda “Uypeşt”lə keçirəcəyi cavab oyunu ilə bağlı azarkeşlərə müraciət edib.
Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi iyulun 19-da Macarıstanın paytaxtı Budapeştdəki “Ferens Susa” stadionunda baş tutacaq görüşlə əlaqədar UEFA və rəqib kluban zəmanət məktubu almadığını açıqlayıb.
“Bu oyunda komandamızı dəstəkləməyə gələcək azarkeşlərimizin təhlükəsizliyinin təmin olunması üçün klubumuz tərəfindən ev sahibi “Uypeşt” klubuna, UEFA-ya və müvafiq qurumlara müraciət edilib. Lakin indiyə kimi heç bir qurumdan zəmanət məktubu almamışıq. “Neftçi” üçün azarkeşlərimizin təhlükəsizliyi çox önəmlidir. Bu səbəbdən, indiki vəziyyətdə sizləri maksimum ehtiyatlı olmağa səsləyirik. Müvafiq strukturlardan cavab məktubu gəldikdə əlavə məlumat veriləcək” deyə müraciətdə bildirilir.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Neftçi” ilk oyunda 3:1 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
“Qarabağ” İsveçrədəki fanatlara müraciət etdi - Bilet satışı
“Neftçi” azarkeşlərinə müraciət etdi - "Xahiş edirik ki, hər kəs pandemiya qaydalarına əməl etsin"
"Neftçi" "Şuşa"da biabır oldu - VİDEO
“Neftçi” Macarıstana çatdı
“Neftçi”nin Macarıstandakı oyunu canlı yayımlanacaqmı?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino













Misli Premyer Liqası