reklam
Ağabala Ramazanov ərəblərə qol vurdu
Sportfm.az xəbər saytı

Ağabala Ramazanov ərəblərə qol vurdu


İyulun 9-dan etibarən Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxıb. 

Sportfm.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı kollektiv Qətərin “Əl Şəhaniyə” komandası ilə qarşılaşıb. 

Ankara Kızılcahamam “Soğuksu Açık Spor Kompleksi”nin meydançasında baş tutan matçda qalib müəyyənləşməyib. “Səbail” fasiləyə 2 top irəlidə yolansa da, ikinci hissədə qısa müddətdə ardıcıl qollar buraxaraq üstünlüyünü əldən verib. 

Yoxlama oyunu

15 iyun 

"Səbail" - "Əl Şəhaniyə" 2:2

Qollar: Ruslan Qurbanov, 35, Ağabala Ramazanov, 43. 

"Səbail": Emil Balayev, Elton Yaqublu (k), Şəhriyar Rəhimov, İqor Korotetski, Tamazi Tsetsxladze, Vüqar Bəybalayev, Murtuz Abakarov, Rahid Əmirquliyev, Ağabala Ramazanaov, Fəhmin Muradbəyli, Ruslan Qurbanov. 

Ehtiyat oyunçular: Elxan Əhmədov, Cəfər Əlizadə, Orxan Qurbanlı, Sərxan Əhmədli, Emil Həsənzadə, Aqşin Hüseynov, Xaliq İbrahimov, Ürfan İsmayılov, Elçin Rəhimli. 

Xatırladaq ki, “Səbail” ilk sınaq matçında yerli “Gənclərbirliyi” klubuna 0:3 hesabıyla uduzub.

Oxşar xəbərlər

"Keşlə" - "Səbail" - START HEYƏTLƏR
"Səbail" - "Zirə" - START HEYƏTLƏR
"Keşlə" - "Səbail" - START HEYƏTLƏR
"Səbail" - "Keşlə" - START HEYƏTLƏR
"Qarabağ" - "Səbail" - Start Heyətlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər