DÇ-2018: Belçika millisi bürünc mükafatçı oldu
Bu gün DÇ-2018-in bürünc mükafatçısı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, üçüncülük uğrunda Belçika və İngiltərə milliləri üz-üzə gəlib.
Mundialın sürpriz komandası sayılan Belçika yığması 1/8 finalda Yaponiya, 1/4 finalda isə beşqat dünya çempionu Braziliyanı mübarizədən kənarlaşdırıb. Roberto Martinesin komandası yarımfinalda Fransa səddini keçə bilməyib.
İnglitərə isə 1/8 finalda Kolumbiya, 1/4 finalda İsveçdən güclü olub. Britaniyalılar finala gedən yolda Xorvatiya ilə bacarmayıb.
Xatırladaq ki, sabah keçiriləcək final oyununda Fransa və Xorvatiya milliləri üz-üzə gələcək.
14 iyul
Dünya çempionatı
3-cü yer uğrunda oyun
18:00. Belçika – İngiltərə - 2:0
Qol: Tomas Meunier, 4, Eden Hazard, 82
Baş hakim: Alireza Faqani (İran)
Sankt-Peterburq. Şəhər stadionu
Oxşar xəbərlər
Mundialın finalında 29 klub nümayəndəsi
DÇ-2018: Fransa dünya çempionatının finalında
DÇ-2018: Bu gün dünya çempionatında ilk finalçı müəyyənləşəcək
Mundialda ilk yarımfinal matçı nə vaxtdır?
Bu gün Dünya Çempionatının 1/4 finalıdır - TƏQVİM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası