Mundialın ən zəngin hakimi -İşini hobbi olaraq görür
Dünya Çempionatına təyinat alan FİFA lisenziyalı hollandiyalı referi Byörn Kuipers haqqında maraqlı faktlar ortaya çıxıb.
Sportfm.az xəbər verir ki, baş hakimin 12,4 milyon avro sərvəti olduğu bildirilib.
Bu qədər pula sahib hakimin hələ də işləməsi isə hər kəsdə maraq doğurub. Məlumata görə, hollandiyalı hakim bu işi sadəcə hobbisi olduğu üçün davam etdirir. Eyni zamanda, 45 yaşlı hakim 500 şöbədən ibarət supermarket şəbəkəsinə sahibdir. O, təkcə marketlərdən 3 milyon avro gəlir əldə edir.
Baş hakim bütün bunlarla yanaşı, hollandiyalı Formula 1 pilotu Maks Verstappenin sponsorlarından biridir. Onun Tventedə 720 min avro dəyərində bir evi var.
Byörn UEFA-dan təyinat aldığı hər matça görə 6 000 min avro qazanır.
Qeyd edək ki, hollandiyalı hakim 2018-ci il Dünya Çempionatında Misir-Uruqvay, Braziliya-Kosta-Rika, İspaniya-Rusiya və İngiltərə-İsveç matçlarını idarə edib.
Kuipersi gündəmə gətirən hadisə isə Kosta-Rika matçında özünü yerə vuran Neymara “çənəni bağla” deməsi olub.
Oxşar xəbərlər
İspaniya millisi milyonlar qazandı
Kosta-Rika Qətərə əbəs yerə gəlməyib - DÇ-2022
Futbolçu satışından ən çox qazanan klub müəyyənləşdi - SİYAHI
10 ildə transferə ən çox pul xərcləyən klublar - SİYAHI
Yığmamız nə qədər gəlir əldə edəcək? - UEFA Millətlər Liqasının iştirakçıları üçün mükafatlar artırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz"un futbolçusu DÇ-2026 üçün yekun heyətdə
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Borussiya” Türkiyə millisinin üzvünü göndərdi
-
2-ci liqa uğrunda pley-off görüşü Yevlaxda olacaq - Müəyyənləşdi
-
“Şimal” “Qaradağ Lökbatan”ı qəbul edəcək
-
Mərakeş millisinin DÇ-2026 üçün yekun heyəti - SİYAHI















Misli Premyer Liqası