reklam
Özil millidəki karyerasına son qoymağı qərara aldı
Sportfm.az xəbər saytı

Özil millidəki karyerasına son qoymağı qərara aldı


Türk əsilli alman futbolçu Mesut Özil millidəki karyerasına son qoymağı qərara alıb.

Sportfm.az xəbər verir ki, buna səbəb futbolçunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkdirdiyi fotoya görə Almaniyada linç edilməsidir.

Almaniya millisinin Dünya Çempionatındakı uğursuz çıxışlarının da tək səbəbi kimi göstərilən 29 yaşlı futbolçunun atası da “Bild”ə verdiyi açıqlamada oğlunun yerində olsa, milli karyerasını başa vura biləcəyini demişdi.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərindən öncə İngiltərəyə işgüzar səfər etmiş, səfər zamanı Premyer Liqada çıxış edən türk əsilli futbolçular Mesut Özil, İlkay Gündoğan və Cenk Tosunla görüşmüşdü. Bu görüş Almaniyada hökumət səviyyəsində sərt reaksiyalara səbəb olmuş, Ərdoğanın futbolçulardan seçki kampaniyası çərçivəsində istifadə etdiyi iddia edilmişdi.

 

Oxşar xəbərlər

Mesut Özil Türkiyə klubu ilə anlaşdı
Almaniyada daha bir skandal - Mesut Özildən sonra İlkay...
"Ərdoğanla olan şəklimdən siyasi məqsədlər üçün istifadə etdilər"
"Özil illərdir bərbad oynayır" - "Bavariya"nın prezidenti
Alman mətbuatından Məsut Özilin qərarına - Münasibət

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər