DÇ-2018: Belçika Braziliya ilə bacaracaqmı?
Bu gün futbol üzrə Dünya çempionatında 1/4 final mərhələsinə start veriləcək.
Sportfm.az xəbər verir ki, günün digər matçında Belçika və Braziliya münasibətlərinə aydınlıq gətirəcək.Xatırladaq ki, Braziliya 1/8 finalda Meksikanı 2:0, Belçika isə Yaponiyanı 3:2 hesabı ilə məğlub edib.Qeyd edək ki, bu komandalar dünya çempionatları tarixində ikinci dəfə üz-üzə gələcək. 2002-ci il mundialının 1/8 finalında Braziliya rəqibini 2:0 hesabı ilə üstələyib.Belçika dünya çempionatlarında Cənubi Amerika təmsilçiləri ilə 4 dəfə qarşılaşıb və bu matçların 3-də məğlub olub. Braziliya isə son üç mundialda Avropa təmsilçilərinə uduzaraq mübarizəni dayandırıb.
DÇ-2018 - 1/4 final
6 iyul
22:00. Braziliya - Belçika
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Ceyr Marrufo (ABŞ).
Oxşar xəbərlər
Braziliya tarixi rekordunu təkrarladı - 68 ildən sonra
Braziliya finalda - Amerika kuboku
DÇ-2018: Belçika yarımfinalda, Braziliya evə dönür
DÇ-2018: Fransa yarımfinalda
DÇ-2018: 1/4 finalın oyunlarına hakim təyinatları açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası