reklam
Yığmamız “Keşlə” ilə üz-üzə gəldi -
Sportfm.az xəbər saytı

Yığmamız “Keşlə” ilə üz-üzə gəldi -FOTO


Bakıda təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib.
Sportfm.az xəbər verir ki, “Keşlə”nin əvəzedici komandası ilə üz-üzə gələn U-16 0:1 hesabı ilə məğlub olub. 
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Azər Məmmədovun oyun barədə fikirləri: “Çalışırıq ki, futbolçularımız özlərindən yaşca böyüklərlə qarşılaşsınlar. Bundan öncə U-17 ilə üz-üzə gəlmişdik. Düzdü, həm əvvəlki, həm də bu oyunda məğlub olduq. Amma bizi indi nəticə maraqlandırmır. Əsasən, futbolçularda xarakter, mübariz keyfiyyətləri görmək istəyirəm. Futbolçular hər iki oyunda bu baxımdan özlərini yaxşı tərəfdən göstərdilər. Bu gün rəqibin üzvləri futbolçularımızdan 4-5 yaş böyük olsa da, hamısından razı qaldım. Komandanın oyunu məni sevindirdi. Bu komanda ilə gələcəyə nikbin baxmaq olar. Təbii ki, çatışmayan cəhətlər də var və o yöndə çalışacağıq. İyulun 4-də  “Sabah”ın əvəzedici komandası ilə qarşılacağıq”.

Oxşar xəbərlər

Yığmamız 3:1 hesablı qələbə qazandı - U-17
Millimiz 4 qol vurdu
“Bu təlim-məşq toplanışı məndə müsbət rəy yaratdı”
Millimiz “Sabah”a məğlub oldu
Azərbaycan futbolunun gələcəyi haqqında: "Bu komanda ilə..."

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər