reklam
İsveçrədə oturub, İsveçrəni cərimələdilər
Sportfm.az xəbər saytı

İsveçrədə oturub, İsveçrəni cərimələdilər


FİFA İsveçrə Futbol İttifaqını cərimə edib. 

Sportfm.az xəbər verir ki, buna Rusiyada təşkil olunmuş dünya çempionatında FİFA əməkdaşlarının təhqir edilməsi səbəb olub. İnsident İsveçrə ilə Kosta Rika yığmaları arasında keçirilmiş oyunda qeydə alınıb.  

İsveçrə yığmasının üzvləri həmin oyun üçün stadiona lazım olan akkreditasiya ilə gəlmədiyindən, FİFA nümayəndələri bunu onlara irad tutublar. İsveçrəlilər isə onların ünvanına xoşagəlməz sözlər işlədiblər. 

Dünya futbol qurumu bu hadisəni cəzasız qoymayıb. İsveçrə Futbol İttifaqı baş verənlərə görə 35 min frank məbləğində cərimə olunub.

Oxşar xəbərlər

FİFA -dan Serbiya, Ekvador və Meksikaya ağır cəza
18 yaşlı futbolçuların transferində qanunsuzluqlar etdilər və cərimələndilər
FİFA Serbiyanı böyük məbləğdə cərimələdi
FİFA-dan mundialın finalçısına cəza
FİFA-dan Argentinaya cərimə - 105 min dollar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər