Millimizin baş məşqçisi imtahandan kəsildi
AFFA-nın təşkilatçılığı ilə Bakıda keçirilən UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarının nəticələri ilə bağlı məlumat əldə etmişik.
Sportfm.az xəbər verir ki, 6 moduldan ibarət olan kursu oxuyan məşqçilər ümumilikdə özlərini yaxşı tərəfdən göstərə bilməyiblər. 11 məşqçidən yalnız 3-4 nəfərinin nəticəsi qənaətbəxş hesab olunub. İsveçrəli mütəxəssis Dany Raiser də məşqçilərdən razı qalmayıb və AFFA-ya bununla bağlı öz narazılığını bildirib. Nəticələrlə bağlı məlumatlar UEFA-ya göndərildikdən sonra qərara alınıb ki, azərbaycanlı məşqçilər üçün daha bir modul əlavə edilsin. Bu modulda məşqçilər hazırda davam edən futbol üzrə dünya çempionatının oyunlarını analiz edib, imtahan verəcəklər. Lakin zəif nəticə göstərən məşqçilər üçün sonuncu modulda iştirak etməyin heç bir faydası olmayacaq.
Kateqoriyadan kəsilən məşqçilərdən biri Azərbaycanın U-19 komandasının baş məşqçisi Vüqar Məmməddi. Onun adı 7-ci modulda iştirak edəcək məşqçilər siyahısına daxil edilsə də, bu sadəcə formal xarakter daşıyacaq.
Oxşar xəbərlər
Məşqçilərimiz Avropa çempionatının oyunlarını analiz edəcəklər - FOTO
Məşqçilərə diplomlar təqdim olundu - FOTO
AFFA millimizin baş məşqçisi ilə bağlı məlumat yaydı
Məşqçilərimizə danışılmış oyunlarla bağlı mühazirə oxundu - FOTO
Bakıda məşqçilik kursları başlandı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası