reklam
Farer adaları - Azərbaycan oyununun yeri dəqiqləşdi
Sportfm.az xəbər saytı

Farer adaları - Azərbaycan oyununun yeri dəqiqləşdi


Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında keçirəcəyi daha bir oyunun yeri dəqiqləşib.

Sportfm.az xəbər verir ki, yığmamızın Farer adaları ilə səfər qarşılaşması Torshavn şəhərində keçiriləcək.

Oktyabrın 11-dəki görüş 6 min tamaşaçı tutumuna malik "Torsvollur" stadionunda baş tutacaq. III turun matçını qəbul edəcək bu arena 1999-cu ildə inşa olunub.

Qeyd edək ki, artıq millimizin ilk 4 görüşünün stadionu dəqiq müəyyənləşib. Kosovo və Malta ilə ev oyunları Bakı Olimpiya Stadionunda baş tutacaq. Son ev qarşılaşmasının da burada keçirilməsi gözlənilir. Malta ilə səfər matçı isə Ta Qalidəki Milli stadionda keçiriləcək.

Millətlər Liqası

D liqası

I tur

7 sentyabr

20:00. Azərbaycan - Kosovo

Bakı Olimpiya Stadionu

II tur

10 sentyabr

22:45. Malta - Azərbaycan

Ta Qali. Milli stadion

III tur

11 oktyabr

22:45. Farer adaları - Azərbaycan

Torshavn. "Torsvollur" stadionu

IV tur

14 oktyabr

20:00. Azərbaycan - Malta

Bakı Olimpiya Stadionu(apasport.az)

Oxşar xəbərlər

Millimiz Farer adalarını məğlub etdi
Farer adaları - Azərbaycan oyunu canlı yayımda
Millimizin açıq məşqi keçirildi - FOTO
Yığmamızın oyununu izləmək üçün 40 manat ödəməliyik!
Millətlər Liqasının təqvimi açıqlandı - Millimiz nə vaxt meydana çıxacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər