"Cütün favoriti "Qəbələ", autsayderi isə bizik" -Tomas Gigleman
Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşacaq Lüksemburqun "Proqres" klubunun idman direktoru Tomas Gigleman açıqlama verib.
Sportfm.az xəbər verir ki, klub rəsmisi utsayder olduqlarını deyib: "Ötən mövsüm "Reyncers" üzərindəki qələbədən sonra məşhurlaşmışdıq. "Qəbələ" kimi komandanı araşdırmağa ehtiyac yoxdur. Rəqibimiz iki dəfə turnirin qrupunda çıxış edib, PAOK, "Borussiya", "Anderlext", "Maynts", "Krasnodar" və "Sent-Etyen" kimi komandalara qarşı oynayıblar. Bizim üçün çətin olacaq. Cütün favoriti "Qəbələ", autsayderi isə bizik. Ötən mövsüm "Reyncers" və AEL-lə görüşlərdə də autsayder idik. İrəli getmək üçün UEFA-nın reytinq cədvəlində xal əmsallarını artırmalıyıq".
Qeyd edək ki, bu komandaların ilk oyunu iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
Torres "Qəbələ"yə qarşı oynayacaq
"Proqres"in idman direktoru: "Qəbələ" ilə oyunda biz autsayderik"
"Qəbələ" ilk matçı səfərdə oynaya bilməyəcək
"Qarabağ" ilk görüşünü harada keçirəcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası













Misli Premyer Liqası