"Qəbələ"də yaşamadığını "Neftçi"də yaşamaq istəyir
"Mənim üçün əlamətdar transfer oldu. Çünki “Neftçi” proyekt hazırlayıb və mənim də burada olmağım sevindiricidir. Düşünürəm ki, bu, uğurlu layihə olacaq".
Sportfm.az xəbər verir ki, bu sözləri "Qəbələ"dən ayrılaraq, "Neftçi"yə transfer olan Baqali Dabo deyib. 29 yaşlı hücumçu bildirib ki, "Qəbələ" ilə müqaviləni uzatmaq barəsində razılıq əldə edib, lakin sonrada şərtlərlə razılaşmayıb: "Əvvəlcə razılıq oldu. Ancaq bəzi şərtlərlə sonradan razılaşmadım. Agentimlə danışdım və “Neftçi”yə gəlməyə qərar verdim".
Fransalı qolçu paytaxt klubuna çempionluq yaşamaq üçün gəldiyini deyib: “Neftçi” mövsümün son oyunlarında yaxşı çıxış etdi və 3-cü yeri tutdu. Komanda 2-ci yeri də tuta bilərdi, amma bu da yaxşı nəticədir. “Qəbələ”də qalib ola bilməsək də, maksimum çalışdıq. “Neftçi”yə çempion olmaq üçün gəldim".
Oxşar xəbərlər
“Neftçi” “Qəbələ”yə məğlub oldu - Yoxlama oyunu
"Neftçi" - "Zirə" matçının yeri dəyişdirildi - Azərbaycan Premyer Liqası
“Neftçi” Bakıda 2 yoxlama oyunu keçirəcək - Açıqlama
"Hələ belə qol vurmamışdım" - Baqali Dabo
Dabo "Qəbələ"ni unutmayacaq!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Rəqiblər hər zaman fərqli olur" - Qurban Qurbanov
-
Mahir Emreli "Rakuv"da qol hesabını açdı - Konfrans Liqası
-
"Zirə" Estoniyadan əliboş qayıdır - Konfrans Liqası
-
"Qarabağ" bolqarıstanlılara qol vura bilmədi - Avropa Liqası
-
“Qarabağ”ın potensial rəqiblərinin oyunlarının nəticələri
-
Elxan Səmədov yenidən PFL prezidenti seçildi















Misli Premyer Liqası