Kintana Polşaya yollanır?
Dani Kintana "Qarabağ"la başa çatan müqaviləsini yeniləməyib.
Sportfm.az xəbər verir ki, Ərəb və İspaniya klublarından təklif alan Ağdam klubunun yarımmüdafiəçisinə bu dəfə Polşa klubu "elçi düşüb". 31 yaşlı oyunçu sabiq klubu "Yaqelloniya"nın transfer hədəfindədir. Belostok təmsilçisi azad agent statusu daşıyan ispaniyalını heyətinə qatmaqda israrlıdır. Tərəflər arasında danışıqlar gedir və anlaşma əldə edilsə, transfer rəsmiləşəcək.
Kintana 2015-ci ildən "Qarabağ"da çıxış edir. O, 2013-15-ci illərdə "Yaqelloniya"da çıxış edib və 56 oyuna 20 qol vurub.
Dani ötən mövsüm Premyer Liqada 20 oyuna 5 qol vurub, 5 assist edib.
Qeyd edək ki, "Qarabağ" Pedro Enrike, Ramil Şeydayev, Rahid Əmirquliyev, Ağabala Ramazanov, Əfran İsmayılov, Riçard Almeyda, İbrahim Şehiç, Elvin Yunuszadə və Arif Daşdəmirovla yolları ayırıb.
Oxşar xəbərlər
Legioner futbolçu axır ki, "Qarabağ"dan getdi
"Qarabağ" onun qalmasını istədi
"Qarabağ"ın futbolçusu Primeroda?
“Qarabağ”ın ikinci oyunu da bərabərliklə bitdi - VİDEO
Ağdam təmsilçisi iştirak ərizəsini UEFA-ya təqdim etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası