reklam
Salahdan müsəlman futbolsevərlərə xoş xəbər
Sportfm.az xəbər saytı

Salahdan müsəlman futbolsevərlərə xoş xəbər


Misir yığmasının hücumçusu Məhəmməd Salah DÇ-2018-in qrup mərhələsinin ilk turunda Uruqvayla oyuna hazır olduğunu bildirib.

Sportfm.az xəbər verir ki, bu barədə futbolçu bazar günü Qroznıdakı açıq məşqdən sonra jurnalistlərə açıqlama verib.

Misir yığması bu gün Qroznıya gedib və "Axmat-Arena"da açıq məşq olub. Salah açıq məşqdə iştirak etməsə də, meydançaya çıxıb və azarkeşləri salamlayıb.

Xatırladaq ki, misirli forvard çempionlar Liqasının finalında "Real"la oyunda çiynindən zədələnmişdi. Onun Uruqvayla oyunu buraxacağı ehtimal olunsa da, görünür, futbolçu artıq özünü hazır hiss edir:

"Özümü yaxşı hiss edirəm. Uruqvayla oyunda meydana çıxmağa köklənmişəm. Komandamızın hara kimi gedəcəyini bilmirəm. Ancaq turnirə yaxşı hazırlaşmışıq, ümidlərimiz böyükdür. 28 ildən sonra dünya çempionatında iştirak edəcəyik".

Oxşar xəbərlər

Millidə Neymar şoku - İki oyunu buraxacaq
Məhəmməd Salah start heyətdə yer almadı
Salah Uruqvayla oyuna yetişəcəkmi?
Salah dünya çempionatında çıxış edəcək - RƏSMİ
Salah Dünya Çempionatında oynaya biləcəkmi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər